Abşeron rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən oğurluq edilib.
"Unikal" xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Məlumata görə, Abşeron rayon Polis İdrarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 24-də avtomobil təmiri sexlərinin birindən generatorun 6000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən A.Həsənov müəyyən olunaraq saxlanılıb.