ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evin hazırkı rəhbəri Co Baydenin milyonlarla dollar aldığı Ukraynanın və bir sıra digər ölkələrin nəzarətində olduğunu deyib. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Tramp sosial şəbəkədə yazıb: 

“Co Bayden tamamilə Çin, Ukrayna və bir sıra digər ölkələr tərəfindən idarə olunur. Onun haqqında, bütün səhvləri haqqında hər şeyi bilirlər”. 

Eks-prezident iddia edib ki, Baydenin ailəsi digər ölkələrdən 20 milyon dollardan çox pul alıb və indi prezidentə “şantaj” edilir.

Nuranə Abbasova