Biləsuvarda qətldə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu il aprelin 23-də Biləsuvar rayon sakini, 1986-cı il təvəllüdlü Vüsal İlhamlının öldürülməsi faktına görə rayon prokurorluğunda başlanan cinayət işinin istintaqı yekunlaşıb.
İbtidai istintaqla 1993-cü il təvəllüdlü Rüfət Əlizadənin Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla Vüsal İlhamlıya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rüfət Əlizadəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.