Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən keçmiş məhkum saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Kəbəloba kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Aftandil Ramazanov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.