Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə "Unikal"a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Taleh Elçin oğlu Rüstəmova anası Mehparə Əlimuxtar qızı Rüstəmova tərəfindən gətirilmiş sovqatda olan şalvarın cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,201 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.