Avqust ayının 20-də 1 nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçan, Göygöl rayon sakini Röyal Cəfərov Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin və 3-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.