Xəbər verdiyimiz kimi, Ermənistanda 2 hərbçi naməlum səbəbdən aldıqları güllə yarasından ölüb. 

"Unikal" xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin ilkin məlumatlarına görə, əsgər Artyom Arai Haykazyan zabit Armen Hayki Xaçatryanı güllələyib, daha sonra eyni silahla özünü öldürüb. 

  Qeyd olunub ki, hərbçilər arasında şəxsi münaqişə olub. Faktla bağlı araşdırma aparılır. 

***11:31

Ermənistanda 2 hərbçi naməlum səbəbdən ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlayıb. 

Qeyd olunub ki, avqustun 27-də baş verən hadisədə Artyom Arai Haykazyan və Armen Hayki Xaçatryan hələ müəyyən edilməmiş şəraitdə aldıqları güllə yarasından ölüblər. Onların bir-birlərini güllələdikləri ehtimal edilir. 

Hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

Ağarza Elçinoğlu