UEFA Çempionlar Liqasında qrup mərhələsinin son iştirakçıları müəyyənləşib.
"Unikal" xəbər verir ki, bu, pley-offda üç cavab görüşündən sonra bəlli olub.
Qarşılaşmaların ardından Niderlandın PSV, Danimarkanın "Kopenhagen" və Belçikanın “Antverpen” komandası qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində iştirak hüququ əldə edib.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
AEK (Yunanıstan) – “Antverpen” (Belçika) - 1:2
İlk oyun – 0:1
“Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa) - 1:1
İlk oyun – 1:0
23:00. PSV (Niderland) – “Reyncers” (Şotlandiya) - 5:1
İlk oyun – 2:2