Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.
"Unikal" xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində çıxış edən 32 komanda 8 qrupa bölünüb.
Qrup mərhələsinə sentyabrın 21-də start veriləcək. Hər qrupda 4 klub iki dövrəlik dairəvi sistemlə mübarizə aparacaq. Püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri müəyyənləşib.
Qeyd edək ki, qrup qalibi 1/8 finala, ikinci yerin sahibi pley-offa yüksələcək. 3-cü yeri tutan komandalar isə Konfrans Liqasının pley-offunda oynayacaq.
A qrupu
“Vest Hem” (İngiltərə)
“Olimpiakos” (Yunanıstan)
“Frayburq” (Almaniya)
“Baçka Topola” (Serbiya)
B qrupu
“Ayaks” (Niderland)
“Marsel” (Fransa)
“Brayton” (İngiltərə)
AEK (Yunanıstan)
C qrupu
“Reyncers” (Şotlandiya)
“Betis” (İspaniya)
“Sparta” (Çexiya)
“Aris” (Kipr)
D qrupu
“Atalanta” (İtaliya)
“Sportinq” (Portuqaliya)
“Şturm” (Avstriya)
“Rakuv” (Polşa)
E qrupu
“Liverpul”(İngiltərə)
LASK (Avstriya)
“Union” (Belçika)
“Tuluza” (Fransa)
F qrupu
“Vilyarreal”(İspaniya)
“Renn” (Fransa)
“Makkabi” (Hayfa, İsrail)
“Panatinaikos” (Yunanıstan)
G qrupu
“Roma” (İtaliya)
“Slaviya” (Çexiya)
“Şerif” (Moldova)
“Servett” (İsveçrə)
H qrupu
“Bayer” (Almaniya)
“Qarabağ” (Azərbaycan)
“Mölde” (Norveç)
“Haken” (İsveç)