La Liqanın 4-cü turunda "Osasuna"ya qarşı matç "Barselona"nın futbolçusu Qavi üçün əlamətdar olub.
"Unikal" xəbər verir ki, o, gördüşdə (2:1) meydana çıxmaqla komandada 100-cü oyununu keçirib. Bununla da 19 yaş 29 günlüyündə olan yarımmüdafiəçi Kataloniya klubunda 100 matç həddinə çatan ən gənc futbolçu olub.
O, Boyan Krkiçi (19 yaş 85 gün) geridə qoyub.
Qeyd edək ki, bu mövsüm Qavi İspaniya La Liqasında 4 oyunda 1 qol vurub.