2 ilə yaxındır ki, “YAŞAT” Fondu tərəfindən müalicə xərcləri qarşılanan qazi Elsevər Ağayev keçirdiyi əməliyyatlar və müalicə prosesindən sonra sağlamlığına qovuşub.
“Unikal” xəbər verir ki, artıq Vətənə qayıdan qazimizin ayağının amputasiya təhlükəsi aradan qalxıb.
Qeyd edək ki, Ağayev Elsevər Sərvan oğlu Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanmışdı.