Rusiya prezidenti Vladimir Putin Çeçenistan Respublikasının mədəniyyət naziri Ayşat Kadırovanı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb .

Prezidentin sərəncamının mətnində vurğulanır ki, Çeçenistan nazirliyinin rəhbəri milli mədəniyyət və incəsənətin inkişafındakı xidmətlərinə görə təltif edilir.

Bundan əlavə, mühüm dövlət problemlərinin həllində böyük xidmətlərinə və uzun illər vicdanlı əməyinə görə Çeçenistan Respublikasının başçısı və hökuməti administrasiyasının rəhbəri Qalas Taymasxanov IV dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Ayşat Kadırova 2021-ci ildə Çeçenistanın mədəniyyət naziri təyin edilib.

Bundan əvvəl Cənubi Osetiya prezidenti Alan Qaqloyev  Rusiya vilayətinin başçısı Ramzan Kadırovun qızı, Çeçenistan Respublikasının mədəniyyət naziri Ayşat Kadırovanı “Dostluq” ordeni ilə təltif edib . Təqdimat Tsxinvalda Çeçenistan Mədəniyyəti Günlərinin təntənəli açılışı zamanı baş tutub

Qeyd olunur ki, Kadırova mükafatı iki respublikanın xalqları arasında münasibətlərin, dostluq və əməkdaşlığın inkişafına verdiyi böyük şəxsi xidmətinə görə təqdim olunub.