Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı övladlarından daha çox gördüyünü deyib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Şallenberq bu barədə Vyanada səfirlərin görüşündə söyləyib. 

"Son 18 ayda məndə elə bir hiss var ki, bəzən sizi öz övladlarımdan daha çox görürəm. Amma bu yaxşıdır. Düşünürəm ki, birbaşa dialoqumuzu davam etdirmək son dərəcə vacibdir", - deyə Şallenberq bildirib. 

Ukrayna xarici işlər naziri tədbirə videobağlantı vasitəsilə qoşulub.

Nuranə Abbasova