"Ukraynada mühüm qərarlar kimin müdafiə naziri olacağından deyil, ABŞ-ın rəyindən asılıdır".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib.

“Müdafiə nazirinin kim olacağından asılı deyil. Hər şey Vaşinqtonun dediklərindən asılıdır. Necə deyərlər, elə də olsun. Onlar (Ukrayna hakimiyyəti ) ən azı hər gün nazirləri dəyişə bilərlər”, - Şoyqu bildirib.

Ötən bazar günü Ukrayna prezidenti Volodimir Zelenski Oleksiy Reznikovu müdafiə naziri vəzifəsindən azad etmək qərarına gəldiyini və onun hazırda Ukraynanın Dövlət Əmlak Fonduna rəhbərlik edən Rustem Umerovla əvəzlənməsini təklif etdiyini bildirib.