Rusiya Müdafiə Nazirliyi Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı ilə bağlı məlumat yayıb.

“Unikal” xəbər verir ki, məlumatda 2023-cü il sentyabrın 3-dən Qarabağda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanlığının general-mayor Kulakov Kirill Denisoviçə həvalə edildiyi bildirilir. 

O, bu vəzifədə 2023-cü ilin aprelində təyin olunmuş Aleksandr Lentsovu əvəzləyib.