Türkiyənin İstanbul şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb. Qəzada yük maşını, minik maşını və pikaplar iştirak edib.

Yol qəzasında 4 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb. 

Hadisə yerinə xilasedicilər cəlb olunub.