Bakıda dələduzluq edən şəxslər tutulub.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində iyulun 26-da bir nəfəri aldadaraq, 77 min manat dəyərində tərəvəz məhsulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əvəz Kərimov və Sərxan Hüseynov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.