Sentyabrın 9-da Bakı şəhər sakini olan bir nəfərin itirdiyi bank kartından 180 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Aslan İbrahimov müəyyən olunaraq saxlanılıb.
Keçirilən digər əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər sakini olan bir qadının bank kartından hesabındakı 1200 manatı oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini Ramil Gülməmmədov müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.