Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və dirijor oğlu Sergey Smbatyan külli miqdarda girov müqabilində həbsdən azad ediliblər.

“Unikal” xəbər verir ki, Ermənistan baş prokurorunun müşaviri Lusine Martirosyan “Sputnik Ermənistan” müsahibəsində bildirib ki, bu barədə qərarı işə nəzarət edən prokuror verib.

Smbatyanlar 100 milyon dram (təxminən 260 min dollar) girov müqabilində azad olunublar. Onlar, həmçinin, yaşayış yerini tərk etməməklə bağlı öhdəlik götürüblər. 

Xatırladaq ki, ata və oğul Smbatyan iyulun 29-da dələduzluqda -  dövlətə 966 milyon dram (2,5 milyon dollar) məbləğində maddi ziyan vurmaqda şübhəli bilinərək saxlanılıb. İyulun 30-da onların hər ikisi həbs edilib. 

Nuranə Abbasova