ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, ona səfirliyin birinci və ikinci katibləri Ceffri Sillin və Devid Bernşteynin hərəkətlərinin diplomatik statusla uyğun gəlmədiyi barədə nota təqdim edilib.

"Onlar persona non qrata elan ediliblər və yeddi gün ərzində Rusiya Federasiyasını tərk etməlidirlər. Göstərilən şəxslər xarici dövlətlə məxfi əməkdaşlıqda ittiham olunan Rusiya vətəndaşı Robert Şonovla əlaqə saxlayıblar", - Rusiya XİN açıqlayıb. 

Gülayə Mecid