Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda oteldə yanğın baş verib.

"Unikal" xəbər verir ki, otelin yaxınlığındakı 9 avtomobil yararsız hala düşüb.

Olaya küçəsində yerləşən “Hilton Garden” otelində baş verən yanğında alov bütün binanı əhatə edib. Ehtiyat tədbiri olaraq ərazidəki binalar boşaldılıb, yanğın nəticəsində 9 avtomobil yararsız hala düşüb. Səbəbi hələ müəyyən edilməyən yanğın əməkdaşlar tərəfindən söndürülüb. Tələfat yoxdur.

Mülki Müdafiə Müdirliyi yanğınla bağlı araşdırmalara başlanıldığını açıqlayıb.