"Biz apardığımız antiterror əməliyyatı nəticəsində Qarabağdakı evlərdə, təsərrüfatlarda, mülki obyektlərdə nə qədər döyüş sursatı, silah, tank və partlayıcı maddələrin saxlandığını aşkar etdik".
"Unikal" xəbər verir ki, bunu "The Jerusalem Post"a açıqlamasında Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov deyib.
Səfir qeyd edib ki, əməliyyatın məqsədi Azərbaycan torpaqlarında olan 10 min hərbçinin Qarabağdan çıxmasını təmin etmək olub: "Heç bir ölkə çağırılmamış bir əcnəbi əsgəri qəbul etməzdi. Onlar 2020-ci ildən sonra ərazidə qalan və ya qaçaqmalçılıq yolu ilə gətirilən erməni əsgərləri idi. İndi onlar gedirlər. Biz onların Ermənistana qayıtması üçün dəhliz açdıq, təqib etmədik".
Jurnalistin "insanların qaçması ilə bağlı çoxlu videolar var. İstəsələr, evlərinə qayıda biləcəklərmi?" sualına səfirimiz belə cavab verib: "Məsələ burasındadır ki, sizin qaçan dediyiniz şəxslərin çoxu əsgər və ya hərbi qrupların bölgəyə heç bir aidiyyatı olmayanlardır. Biz orada əbədi yaşayan və kənardan olmayan Qarabağlılarla danışmağa açığıq. Onların şəxsiyyət vəsiqələri və sənədləri yoxdur. Azərbaycan heç kimi öz ərazisini tərk etməyə məcbur etmir. Eyni zamanda, videogörüntülərdə polis və hərbçilərin yaralılara və yaşlılara kömək etdiyi də görünür. Onlar sadəcə 30 illik Azərbaycan əleyhinə təbliğata görə gedirlər".
Muxtar Məmmədov həmçinin Zəngəzur dəhlizindən də bəhs edib: "Bu, Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizdir. 2020-ci il atəşkəs sazişinə nəqliyyat və kommunikasiya xətlərinin açılması öhdəliyi də daxil idi. Bizim ərazi iddiamız yoxdur. Biz Naxçıvana getmək üçün yalnız dəmir yoluna çıxış istəyirik, çünki azərbaycanlılar 30 ildir ki, həmin zolağı keçə bilmirlər, ona görə də İran ərazisindən uçmaq və ya avtobuslarla getmək məcburiyyətində qalıblar. Bunun üçün həmin dəhlizi açmağı xahiş etdik. Həmçinin, bu, erməni tərəfi üçün kommersiya baxımından da faydalı olar".
Ağarza Elçinoğlu