“Bəzi həmkarlarım Rəqabət Məcəlləsinə görə narahatdır. Onlar narahat olmasınlar, biz 15 ildir gözləyirik ki, bu Məcəllə parlamentə daxil olsun”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, bu gün mağazalar, ticarət şəbəkələri tərəfindən qiymətlər qorunur:
"İstehlakçılar isə süni qiymət artımından narazıdır. Rəqabət Məcəlləsi isə bunu tənzimləyəcək. Belə ki, ticarət şəbəkələri artıq müəyyən marjadan yuxarı qiymət təyin edə bilməz, əks halda cərimələrlə üzləşəcəklər”.
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.
Anar Kəlbiyev