"Rəqabət Məcəlləsini qəbul ediriksə, bunu "Məişət zorakılığı haqqında" qanuna çevirməyək. Yəni, hamı biləcək Rəqabət Məcəlləsi var, amma ölkənin reallıqlarını bilir, heç hara şikayət etməyəcək, taleyi ilə razılaşacaq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Rəqabət Məcəlləsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
"Elə etməliyik ki, bu Məcəllə ölkə iqtisadiyyatını dirçəltsin. Bir il sonra deyək ki, Rəqabət Məcəlləsini qəbul etməklə həqiqətən də sahibkarlar üzərində bütün basqılar, haqsız rəqabət götürüldü. Nəhayət, normal istehsal prosesində öz fəaliyytlərini davam etdirə bildilər", - deyə deputat bildirib.
Anar Kəlbiyev