“Muğanbank” ASC “E-manat” ödəniş terminalları vasitəsilə xidmətlərin genişləndirilməsi prosesini davam etdirir.
"Unikal" xəbər verir ki, Muğanbankın debet kart sahibləri istənilən “E-manat” ödəniş terminallarında balanslarını növbəsiz və dərhal artıra bilərlər.
“E-manat” terminallarının əlverişli yerlərdə yerləşməsi əməliyyatı daha da rahat və əlçatan edir. Müştərilər kart balanslarının artırılması üçün terminal menyusundan bank xidmətlərinə daxil olub, siyahıdan Muğanbankı seçərək göstərilən ardıcıllıqla davam edib xidmətdən yararlana bilərlər.Terminallardan hesaba mədaxil edilən vəsait anında kart balansında əks olunacaqdır.
Digər məhsul və xidmətlər barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, https://muganbank.az rəsmi internet səhifəsindən, 933 Məlumat Mərkəzi və ya rəsmi sosial media səhifələrindən əldə edə bilərsiniz.