"Son zamanlar dünyada və bazarda baş verən qlobal hadisələr dövlət ehtiyatları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaradıb. Ölkəmizdə qlobal problemlərdən biri olan qida təhlükəsizliyinin aradan qaldırılması istiqamətində çox mühüm addımlar atılır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
Dövlət Ehtiyatları Agentliyinin 2021-ci ildə yaradıldığını xatırladan Tahir Mirkişili bildirib: “Hazırda ən mühüm vəzifələrdən biri də ərzaq balansının qorunması, bazarın tənzimlənməsi, istehsalın genişlənməsi, qiymət artımının qarşısının alınmasıdır və bu istiqamətdə müvafiq işlər görülür. Yeni qanun layihəsi ciddi problemlərin və narahatlıq doğuran qiymət artımının qarşısını almağa imkan verəcək”.
Komitə sədri bildirib ki, “Dövlət ehtiyatları haqqında” qanun layihəsi ölkədə qiymət artmasının qarşısını alacaq.