"Expressbank" daha 4 vətəndaşın özünüməşğulluq fəaliyyətinə dəstək olub.
"Unikal" xəbər verir ki, layihə çərçivəsində Bankın əməkdaşları Bakı şəhərinin Binəqədi, Sabunçu və Suraxanı rayonunda yaşayan ailələrlə görüşüb, onların biznes planlarına uyğun avadanlıqlar təqdim ediblər.
Binəqədi rayonu sakini Solmaz Əsgərova Əjdər qızı, Sabunçu rayonu sakini Aygün Mehtiyeva Asif qızı, Suraxanı rayon sakinləri Aynur Nəcəfpur Məzahir qızı və Nicat Aslanov Xanış oğlu təlim-tədris fəaliyyətləri üçün zəruri ləvazimatlarla təmin edilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.
Layihə müddətində "Expressbank" 60-a yaxın vətəndaşı müxtəlif avadanlıqlarla təmin edib.
"Expressbank" Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
"Expressbank" - İşiniz rahat getsin!