"Xoşbəxt Yusifzadə hamımız üçün müəllim idi. Azərbaycan Dövlət Neft Şirkəti deyiləndə, Xoşbəxt müəllim yada düşür".

"Unikal" xəbər verir ki, bunu ötən gün vəfat edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimində çıxışı zamanı SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib.

O bildirib ki, Xoşbəxt Yusifzadə şərəfli, layiqli ömür yaşayaraq öz vətəninə xidmət edib.

"Onun tək Azərbaycanda yox, keçmiş SSRİ-də istənilən tapıntının altında imzası var idi. Xoşbəxt Yusifzadənin vətəni üçün gördüyü işlər əvəssizdir", - deyə R.Nəcəf qeyd edib.

Anar Kəlbiyev