"Cənab Prezident haqsız rəqabətin bizim üçün böyük yara olduğunu xüsusi qeyd etmiş və bununla mübarizə aparılması barədə tapşırıqlarını verib. Sağlam rəqabət ölkənin iqtisadi inkişafını təmin edən əsas amillərdən biridir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, ədalətli rəqabətdə təkcə sahibkarlar, dövlət deyil, qiymətlərin aşağı düşməsindən, məhsul çeşidlərinin genişlənməsindən ən çox istehlakçılar, sadə vətəndaşlar qazanır.
"Rəqabətin qarşısında süni maneələrin olması bir qrup sahibkarın maraqlarına xidmət edir. Bildirim ki, icra etdiyimiz işgüzar mühitdə, xüsusilə vergi və gömrük rejimində, sahibkarlarla ünsiyyətin təbiətində dəyişiklik olmadan bu rəqabət məsələsinin səmərəli və effektiv şəkildə həyata keçirilməsi gözlədiyimiz effekti verməyəcəkdi. Bunun sadə səbəbi var. Rəqabət bərabər şərait deməkdir. Əgər bu mühit təmin edilmirsə, fiskal olaraq vergi yükündən azad edə bilməyəcəyikdiksə, müəyyən dövrə qədər o zaman rəqabətin başqa və digər fərqli hansı elementlərindən danışmağa dəyərdi".
Anar Kəlbiyev