"Gəlin, birinci Rəqabət Məcəlləsini qəbul edək. Bu, nə konstitusiya qanunudur, nə də Quran ayəsidir. Sonra lazım olanda bəzi dəyişikliklər olacaq. Yəni, həyat bunu göstərəcək".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.
"Ən böyük bəla bəzi ekspertlər, hətta millət vəkilləri təkliflər ediblər ki, inflyasiyanı cilovlamaq üçün dövlətin gücündən və məmurların qüdrətindən istifadə edək, qoymayaq qiymətlər qalxsın. Dövlət yalnız istehlak səbətində olan bəzi malların qiymətini tənzimləyə bilər, qalan məsələlərə toxunmalı deyil. Heç kim hotellərə, pitixanalara, kofe yerlərinə deməli deyil ki, sən bunu 3 manatdan yox, 2,5 manatdan sat. Gəlin Rəqabət Məcəlləsini qəbul edək. Ondan sonra görək necə işləyir, tətbiq olunur və nə qədər keyfiyyətli təsiri var. Qismət olar, başqa dəyişikliklər edilər", - deyə deputat qeyd edib.
Anar Kəlbiyev