"Gələcəkdə Azərbaycanda rəqabət reyestrinin olmasını dəstəkləyirik, amma buna müəyyən zaman lazımdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
O bildirib ki, hökmran mövqe reyestrinin olması hər iştirakçı üçün maraqlı olardı:
"Amma rəqabət orqanı çox geniş data üzəridə işləməlidir. Biz hansısa yüksək hədəfləri qoya bilərik, amma onun praktiki nəticəsi olmayacaqsa, qanun işləməyəcək. Reyestrin olması yaxşı olardı. Bu iştirakçıların mövqeyini yüngülləşdirərdi. Amma bu gün onun icra mexanizmi çətindir. Çünki qısa bir müddət ərzində çox böyük datanın yığılması işi aparılmaldır. Bu uzun müddət tələb edən məsələdir. Həmçinin, bazarda sahibkarların fəaliyyəti dinamikdir və bazar payları dəyişir. Ona görə də, çevikliyin təmin edilməsi baxımından reyestrin yaradılması rəqabət orqanının üzərinə qeyri-adekvat məsuliyyət qoya bilər”.
Anar Kəlbiyev