"Bu, yalnız sahibkarlar, bazar iştirakçıları üçün böyük dəyişiklik deyil, həmçinin bizim bu sahədə tənzimləməni həyata keçirən həkmarlar üçün də böyük çağırışdır. Çağırışa hazırıq, düşünürük ki, sizlərin də dəstəyi ilə bunu edəcəyik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, iclasda resurs məsələsi səsləndi: "Onu da qeyd etməliyik ki, siz istənilən dövlət məmurundan, mərkəzi icra hakimiyyəti orqanından və yaxud yerli icra hakimiyyəti orqanın rəhbərlərindən soruşsanız ki, ştat sayından və maliyyə resursundan razısızmı? Yəqin əksəriyyəti deyər ki, yox, bizə çatmır".
Anar Kəlbiyev