İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında quru əməliyyatını davam etdirir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsrail əsgərləri əməliyyatlar zamanı məscidlərdə HƏMAS və İslami Cihadın qərargahlarını aşkar ediblər.

"Döyüşlər zamanı terrorçuların infrastruktur obyektlərinə hücum edilib, onların bəziləri məktəblərdə, universitetlərdə, məscidlərdə və terrorçuların şəxsi evlərində yerləşirdi. Xüsusilə bu kontekstdə İDF partlayıcı və tez alışan maddələrin, eləcə də silahların tapıldığı Əl-Qüds Universitetini və Qəzzanın əsas məscidi Əbu-Bəkrdən bəhs edir".