Çin lideri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün San-Fransiskoya gəlib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səfərin əsas məqamlarından biri də Si Cinoinin ABŞ prezidenti Co Baydenlə görüşü olacaq. 

Çin ABŞ-nin tariflərinə yenidən baxmağa çalışacaq. Çin iqtisadiyyatı çətin günlər yaşayır, hələ də koronavirus pandemiyasının yaratdığı tənəzzülün öhdəsindən gələ bilməyib. Pekin Baydenin Tayvana dəstəyindən də narahatdır.