Musa Musayev arvadını öz yatağında başqa kişiylə tutdu
23:33 15-04-2013
İQTİSADİYYAT
Musa Musayev arvadını öz yatağında başqa kişiylə tutdu
İşin içində Nazəninində adı hallanır,Təranə Qumral "Unikal"ın əməkdaşından nəyi xahiş etdi
Musa Musayev:"Onları öz evimizdə yataq otağında tutdum"
Azərbaycanın şou-biznes əhlinin düşüncə və həyat tərzi, bu aləmdə baş verən ikrahdoğurucu əhvalatlar və ən dəhşətlisi - bu bayağı personaların bayağı macəralarını diqqət mıərkəzində saxlamağa çalışan bəzi kütləvi informasiya vasitələri...
Əcaib mənzərədir.
Və budur, qarşımızda daha bir ilginc mənzərə...
Müğənnilər Musa Musayevlə Təranə Qumral qalmaqalla ayrılıblar. Yayılmış məlumata görə, cütlük, təxminən, 2 həftə əvvəl Nərimanov rayon məhkəməsində rəsmi qaydada boşanıb. Lakin bu xəbər tərəflərin razılığı ilə mətbuatdan gizli saxlanılıb. Amma bu məsəllərə Müğənni aydınlıq gətirərkən deyilənləri təsdiqləyib, ayrılmaqlarının səbəbini açıqlayıb: "Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Amma onları öz evimizdə yataq otağında tutdum.
Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. O məndən 17-ci Polis Bölməsinə şikayət edib", - deyə açıqlama verən M.Musayev həyatının uzun illərini Təranə Qumrala həsr etdiyi üçün peşman olduğunu sözlərinə əlavə edib:
"Ona görə uzun illərdir Cabbarla küsülü idim. Onu çox sevirdim, inanırdım. Amma sən demə, Təranə q...ə imiş. Məni şəmkirli biznesmenlə aldatdı. Özü mənə dedi ki, daha məni sevmir, onu sevir".
Xatırladaq ki, Təranə Qumral 2 nəvənin nənəsidir. Onların 3 qız övladı var.
"Unikal" olaraq oxucuların nəzərinə çatdırırıq ki, indi peşmançılıqla ayrılan bu cütlər vaxtilə elə bu üsulla da, yəni Təranə Qumral öz ərinə, Musa Musayev isə arvadına xəyanət etməklə ailə qurmuşdular.
Araşdırmalarımıza görə, Təranə Qumral 1996-cı ildə Nərimanov rayonundakı Kitay restoranının yaxınlığındakı binada yaşayarkən öz ərinə xəyanət edərək ailəlikcə "dostluq etdikləri" Musa Musyaevlə eşq romanı yaşayırmış. Onları yataqda tutan isə Musa Musayevin keçmiş arvadı olub.
Bu biabırçılıqdan sonra Musa Musayevlə Təranə Qumral ailə qurub.
Biz Təranə Qumralla telefon əlaqəsi yardıb faktı şərh etməsini istəyəndə o, ayrılma faktını təsqiqləsə də, yalvardı ki, "Xahiş edirəm, bu barədə yazmayın, nolar!"
Şou-biznes aləmindən "Unikal"a yaxın olan şəxsin sözlərinə görə, hazırda Təranə Qumralla müğənni Nazənin arasında da ciddi problem yaşanmaqdadır.
Mənbə bildirir ki, hətta müğənnilər Manaf Ağayev və Nüşabə Ələsgərli Nazəninə problemlə bağlı xeyli məsləhətlər də veriblər.
Bəs Nazəninlə Təranə Qumralın arasında yaşanan problem nədir?
Bu mövzunu gələn saylarımızda açıqlayacağıq...
Tanınmış bəstəkar Cabbar Musayev qardaşı Musa Musayevin Təranə Qumraldan ayrılması xəbərinə münasibət bildirib.
"Mən onu qardaşlıqdan çıxarmışam. Bütün nəsil o adda adam tanımır. O qadının Musanın başına gətirdiyi oyunları bilsəniz, tükünüz başınızda biz-biz olar. Musanın bütün var-dövlətini yedi, qazancı hesabına özünə nələr etdi. Amma Musanın adına bir pencək də yoxdur. Qardaşımın başını yedi, xarab etdi. Haradaydı Musada o qeyrət ki,onu güllələyəydi. Elə qeyrəti olsaydı, vaxtında o işi görərdi. Musa qədər namussuz, qeyrətsiz insan heç Fransada da yoxdur".
Bizi izləyin!
İlkin Rzazadə
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40