Yayda peşəkar futbolçu karyerasını başa vuran Elvin Məmmədov gələcəyi ilə bağlı qərar verib.
"Unikal" xəbər verir ki, o, bundan sonra məşqçi kimi Azərbaycan futboluna xidmət etməyə çalışacaq.
Artıq tanınmış simanın yeni iş yeri də məlumdur. Belə ki, 35 yaşlı yarımmüdafiəçi məşqçilik karyerasına “Səbail”də start verib.
Ona Bayıl təmsilçisinin U-15 kollektivi həvalə olunub.
Elvin ötən mövsümü “Şamaxı”nın heyətində keçirib.