"Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem Avropada 21 yaşa qədər ilin ən yaxşı futbolçusuna verilən “Qızıl oğlan” mükafatını qazanıb.
"Unikal" xəbər verir ki, o, Avropa qəzetlərinin 50 nüfuzlu jurnalistindən ibarət beynəlxalq münsiflər heyətinin səsverməsinə görə mümkün 500 baldan 485 bal toplayıb.
“Barselona”nın vingeri Lamin Yamal isə “The Youngest Award” - indiyə qədər “Qızıl oğlan”ın podiumunda yer almış ən gənc oyunçuya verilən xüsusi mükafatı əldə edib.