Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün I təsnifat mərhələsinə start verilib.
"Unikal" xəbər verir ki, ilk oyun günündə üç oyun keçirilib. II Liqa təmsilçiləri arasında ilk oyunda “Füzuli” və “Lerik” üz-üzə gəlib. Görüş Lerik təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Dinamo” isə “Göygöl”ə minimal hesabla uduzaraq kubok uğrunda mübarizəni startda dayandırmalı olub - 1:2. “Qusar”la “Şahdağ Qusar”ın duelində isə qalib penalti seriyasında müəyyənləşib. Nəticədə “Şahdağ Qusar” qələbəyə sevinib.
Bununla da, "Lerik", "Göygöl" və "Şahdağ Qusar" komandaları II təsnifat mərhələsinə vəsiqə qazanıblar. Bu mərhələdə “Lerik” evdə “Sumqayıt”la, “Şahdağ Qusar” doğma arenasında “Qaradağ Lökbatan”la, “Göygöl" isə səfərdə “Turan Tovuz”la qarşılaşacaq. II raundun görüşləri 28-30 noyabr tarixlərində baş tutacaq.