Dövlət Gömrük Komitəsi sədrinin sabiq müavini, general İqbal Babayevə vəzifə verilib.
"Unikal" xəbər verir ki, İqbal Babayev Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin Azərbaycan tərəfdən həmsədri təyin edilib.
Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.
Xatırladaq ki, İ.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.