Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndində tikinti işərinə macar şirkətləri cəlb olunacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Macarıstanın Baş naziri ilə görüşündə bildirib.

Qeyd ounub ki, Soltanlı kəndində təməlqoyma mərasiminin Macarıstanla birgə həyata keçirilməsi böyük əhəmiyyətə malikdir və bu layihə macar şirkətlərinin iştirakı ilə icra olunacaq.