Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

DİN-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, əraziyə əlavə canlı qüvvə cəlb edilib.

Obyektdə olan şəxslər oradan tam təxliyyə ediliblər. Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.

Hazırda tədbirlər davam etdirilir.