Ucarda təkəri partlayan yük maşını qəza törədib.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun Küçəkənd istiqamətindən keçən hissəsində baş verib.
Gözlənilmədən təkəri partlayan yük maşını idarəetmədən çıxaraq qəza törədib. Hadisə zamanı 1992-ci il təvəllüdlü paytaxt sakini olan sürücü Tural Cəfərzadə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov