Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisədə xəsarət alan iki nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

TƏBİB-dən "Unikal"a  bildirilib ki, onların vəziyyətləri stabildir.

"Digər xəsarət alanlar xəstəxanadan evə buraxılıblar", - deyə məlumat qeyd edilib.

Qeyd edək ki, noyabrın 23-də Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb. Hadisə nəticəsində 33 nəfər xəsarət alıb, bir nəfər isə vəfat edib.