"İsraildə bütün çətinliklərə baxmayaraq Qəzzada baş verən humanitar faciəni dünyaya bəyan etməyə çalışan jurnalistləri öldürür".
"Unikal" xəbər verir ki,bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, bildirib ki, İsrailin hücumları nəticəsində indiyədək 60-dan çox jurnalist öldürülüb.
(Qərb mediası) həmkarlarının İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi qarşısında belə, mövqelərini dəyişməyiblər.
Dezinformasiya ilə Mübarizə Mərkəzimiz vasitəsilə (İsrailin təbliğatına qarşı) 100-dən çox qəsdən yalan xəbəri ifşa etdik və həqiqəti üzə çıxardıq.
Rabitə Müdirliyimiz, TRT və Anadolu Agentliyi üzərinə düşən vəzifələri yerinə yetirdi.
Vəziyyəti meydanda anbaan çatdıran türk mətbuat nümayəndələri bu prosesdə həqiqətən də cəsarətli mövqe nümayiş etdirdilər.
Biz bir yerdə gördük və görürük ki, müharibə, qarşıdurma, hücum və müdafiə təkcə cəbhə xəttində deyil.