Son iki gündə Qucarat ştatının qərbində ildırım vurması nəticəsində ölənlərin sayı 24-ə çatıb.
"Unikal" xəbər verir ki, ştatın Fövqəladə Hallar üzrə İdarəetmə Mərkəzi ilin bu vaxtı güclü küləklə müşayiət olunan qeyri-adi şiddətli qeyri-mövsümi tufanlar nəticəsində daha 23 nəfərin xəsarət aldığını bildirib.
Qeyd edək ki, bundan əvvəl 20 nəfərin öldüyü bildirilirdi.