Olimpiadanın açılışı zamanı Paris və onun ətraf ərazilərinin səması bağlı olacaq.
"Unikal" xəbər verir ki, Fransa hakimiyyəti bu qərarı gələn il iyulun 26-da saat 19:00-dan gecə yarısına kimi qəbul edəcək.
Le Figaro yazır ki, Parisin Şarl de Qoll, Orli və Beauvais hava limanlarında, eləcə də Le Burje hava qovşağında uçuşlar ləğv ediləcək.
Qəzetin yazdığına görə, Parisdə Olimpiya Oyunlarının başlamasına bir həftə qalmış açılış mərasiminin bir hissəsinin keçiriləcəyi Sena çayında gəmilərin hərəkəti məhdudlaşdırılacaq.
Asayişin qorunmasına polis və 15 minə qədər hərbçi cəlb olunacaq.