ABŞ Müdafiə Nazirliyi Ədən körfəzində ticarət gəmisini qaçırmaq cəhdinin arxasında Yəmən husilərinin deyil, silahlı Somali quldurlarının olduğunu açıqlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, birinci və dördüncü kapitanları türk olan İsrailli Ofer ailəsinə məxsus "Central Park" adlı kimyəvi yüklü gəmi bir qrup hücumçu tərəfindən qaçırılıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisi gəminin təcili yardım çağırışına cavab verib. ABŞ ordusu hücumçuları ələ keçirdiyini və ekipajının təhlükəsiz olduğunu bildirib.

Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder deyib: “Biz vəziyyəti qiymətləndirməyə davam edirik, lakin ilkin əlamətlər hücum edənlərin somalili olmasıdır".