Ukrayna Dövlət Kəşfiyyat Xidmətinin rəhbəri Kirill Budanovun həyat yoldaşı Marianna zəhərlənib.

"Unikal" xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb. 

Bildirilir ki, Budanovaya ağır metaldan zəhərlənmə diaqnozu qoyulub. Məlumata görə, bu maddələr gündəlik həyatda və ya hərbi işlərdə istifadə edilmir:

"Bu, "konkret insanı” zəhərləmək üçün sui-qəsd cəhdi göstərilə bilər. Bunun nə vaxt və hansı şəraitdə baş verdiyi açıqlanmır. Budanova hazırda xəstəxanadadır", - KİV qeyd edib. 

Qətlə cəhdlə bağlı araşdırma aparılır. Ukrayna hakimiyyətindən məsələ ilə bağlı rəsmi şərh yoxdur.

Gülayə Mecid