Qripə qarşı peyvənd olunmaq infarkt riskini 26% azalda bilər.
"UnikaI" xəbər verir ki, bu barədə "Scientific Reports"da məlumat dərc olunub.
Alimlər orta yaşı 61 olan 9059 xəstənin məlumatlarını təhlil ediblər. Peyvənd olunanların infarkt keçirmə ehtimalı 26%, ürək-damar xəstəliklərindən ölmə ehtimalı isə 33% azalıb.
Qrip infeksiyası qan damarlarında yağ və xolesterolun yığılmasına kömək edən sistemik iltihaba səbəb ola bilər.
Tədqiqat mövsümi qrip peyvəndlərinin 65 yaşdan yuxarı insanlar üçün xüsusilə vacib olduğunu təsdiqləyib.
Ağarza Elçinoğlu