Mardinin Dargeçit mahalının Alayurt çölündə qırmızı kateqoriyada olan 2 terrorçu zərərsizləşdirilib. Qaça bilməyəcəklərini anlayan terrorçular özlərini partladıblar.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Mardin vilayətinin Dargeçit rayonunun Alayurt kəndi ərazisində həyata keçirilən "Kahramanalar 32" əməliyyatında biri qırmızı kateqoriyada olan iki terrorçu zərərsizləşdirilib. Şəhidlərimizin qanı yerdə qalmadı və yerdə qalmayacaq. Çox istərdim ki, əziz Millətimiz bunu bilsin: son terrorçu zərərsizləşdirilənə qədər biz qətiyyətlə davam edəcəyik”, - nazir qeyd edib.
Gülayə Mecid